Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2021
12:01
Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən “Nar” abunəçiləri üçün“Qarabağ Dirçəliş Fondu”na balanslarından birbaşa ianə etmək imkanı yaradılıb. Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməkləianə etmək istədikləri məbləğin müvafiq rəqəmini“8112” qısa nömrəsinə SMS göndərə bilərlər. SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat göndəriləcək.

Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq vəgöndərilən hər SMS ödənişsizdir. Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı https://www.nar.az/qarabag-dirchelish-fonduna-destek/ rəsmi səhifəsindən əldə edə bilərsiniz.

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Qeyd edək ki, “Qarabağ Dirçəliş Fonduna” digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: https://qdf.gov.az/iane-et/.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
325

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
192

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
382

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
298

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 03:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru