Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2021
14:38
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

Ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” QSC fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub.

Bakı metropoliteni gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
320

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
187

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
377

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
293

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
327

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
262
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 02:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru