Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2012
17:56
`BU GECƏ AY GÖRÜNMƏSƏ, O BİRİ GÜNDƏN RAMAZAN AYI BAŞLAYIR`
Zülfüqar Mikayılov: "Şaban ayının da 29 və ya 30 gün olması qabaqcadan müəyyən edilə bilmir"

Artıq Müqəddəs Ramazan ayı daxil olmaq ərəfəsindədir. Əhalisinin 95%-i müsəlman olan Azərbaycan xalqının əksər hissəsi bu ayda oruc tutmağa hazırlaşırlar. Lakin hər il olduğu kimi bu ildə cəmiyyətdə Ramazan ayının 1 ilə bağlı çaşqınlıqlar mövcuddur. Belə ki, cəmiyyətin bir hissəsi orucluğun sabahdan başladığını deməsinə baxmayaraq, digər bir hissəsi isə iyul ayının 21-də daxil olduğunu söyləyirlər. Cəmiyyətdə yaranan çaşqınlığa aydınlıq gətirmək üçün ilahiyyatçı alim Zülfüqar Mikayılova müraciət etdik. İlahiyyatçı FaktXeber.com-a açıqlamasında qeyd etdi ki, hicri-qəməri ayları ya 29 gün olur, ya da ki, 30. “Şaban ayının da 29 və ya 30 gün olması qabaqcadan müəyyən edilə bilmir. Bu məsələnin araşdırılması alimlərin boynuna düşür. Baş verən ixtilafın səbəbi də buna görədir ki, Şaban ayının 30 və ya 29 gün olması məlum deyil. Əgər bu gecə ay görünməsə, o biri gündən Ramazan ayı başlayır.”

Cəmiyyət arasında səslənən “Yovmul şəkk” məsələsinə də aydınlıq gətirən ekspert, “əgər bir kəs bilmir ki, sabah Ramazan ayı daxil olur, yoxsa yox, onda o, həmin günü “yovmul şəkk” hesab edir. Yəni yovmul şəkk günü ya qəza, ya da ki savab məqsədi ilə oruc tutulmalıdır. Əgər sonradan məlum olsa ki, həmin gün orucluğun 1-dir, onda oruc tutan şəxsin orucu Ramazan ayının orucundan hesab edilər. Əks halda isə qəza orucuna, ya da ki, savab orucu hesab olunar.

Xəyal Şükür

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
41

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
35

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
85

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
161

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
160

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru