Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2012
09:58
`RAMAZAN DALĞASI`NIN TƏQDİMATI KEÇİRİLDİ

Milli-mənəvi dəyərlərin bərpası və təbilği sahəsində fəal iş aparan “Aydınlığa doğru” İctimai Birliyi fəaliyyəti dövründə bir neçə maraqlı layihə həyata keçirməyə müvəffəq olub. Birlliyin son işi “Ramazan dalğası” elmi-kütləvi filmidir. Bu film üç il ərzində ərsəyə gəlib, Rusiyada, Türkiyədə, Misirdə və Azərbaycanda çəkilib. Filmin ssenari müəllifi tanınmış sənətşünas Aydın Talıbzadə, rejissoru istedalı kinorejissor, beynəlxalq müsabiqələr iştirakçısı Elçin Musaoğludur. “Aydınlığa doğru”nun təşəbbüsü ilə ictimai əsaslarla çəkilən bu film maarifləndirici xarakter daşıyır və geniş tamaşaçı kütləsinə ünvanlanıb. 
FaktXeber.com-un verdiyi məlumata görə, dünən Gənc Tamaşaçılar Teatrında “Aydınlığa doğru”  İB mübarək Ramazan ayının gəlişi münasibətilə bu filmin təqdimat mərasimini təşkil edib.

Premyeraya tanınmış elm və incəsənət xadimləri, nazirliklərin, dövlət təşkilatlarının və şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunmuşdular. Dünya şöhrətli alim, professor Rafiq Əliyev, tarix elmləri doktoru, professor Cəmil Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ombudsman  Aparatının əməkdaşı Yeganə Cəfərova da dəvət olunan qonaqlar arasında idilər. Filmin nümayişindən sonra tədbir iştirakçılarına “Ramazan dalğası”nın diskləri hədiyyə verilidi. Təqdimat mərasiminə dəvət olunanlar eyni zamanda “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin teatrın foyesində təşkil  “Tanış və sirli Ramazani kəşf et!” adlı maraqlı sərgi ilə də tanış oldular. Qonaqlar filmin nümayişindən  və sərgidən çox məmnun qaldıqlarını bildirdilər.

19 iyulda Gənc Tamaşaçılar Teatrının foyesində davam edəcək bu sərgi ilə bakılılar və şəhərimizin qonaqları gün ərzində  tanış olub, faydalı məlumatlar əldə edə bilərlər. Çoxları üçün Ramazan elementar aclıq kimi keçirilən oruc ilə assosiasiya olunur. Sərginin təşkilində məqsəd Ramazan ayının mahiyyəti və onda olan sirləri açıqlamaq, bu orucdakı dini və sağlamlığa xidmət edən əsaslarla yanaşı, onun sosioloji, psixoloji, əxlaqi və digər cəhətləri ilə insanları tanış etməkdir. “Aydınlığa doğru” eyni zamanda sərgiyə gələnlər üçün “Ramazan dalğası” filminin nümayişini də təşkil etməyi planlaşdırır.

Nərgiz Kazımlı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru