Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2021
11:42
İraq Zəngəzur dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcək

İraq Zəngəzur dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcək.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası zamanı deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri regionda yeni imkanlar yaradır:

"Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirəcək və İraq yükdaşımaları üçün bu dəhlizdən yararlana biləcək. Əminəm ki, birgə komissiya ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində vacib rol oynayacaq".

Nazir müavini vurğulayıb ki, bugünkü iclasın yekununda imzalanacaq əməkdaşlıq haqqında protokol Azərbaycanla İraqın münasibətlənin inkişafı üçün çox vacibdir.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilir.

​İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanacaq.

Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.(Trend)

Məqalədə : İraq Zəngəzur dəhlizi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
325

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
192

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
382

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
298

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 03:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru