Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2021
10:36
Metronun daha bir stansiyasında havalandırma sistemi yenidən qurulub

“Bakı Metropoliteni” QSC-də ventilyasiya sisteminin səmərəliliyinin artırılması baxımından daha bir uğurlu addım atılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Məlumatda həmçinin deyilir ki, metronun “İçərişəhər” stansiyasında 2008-ci ildə qurulmuş, zaman keçdikcə yeniləşdirilməsinə ehtiyac yaranmış çiller-fankoyl sistemi yenidən qurulub. “İçərişəhər”dən sonra ikinci belə sistem 2011-ci ildə “Koroğlu” stansiyasında quraşdırılıb.

“Çiller soyudulan suyun fankoyla - havalandırma sisteminə ötürülməsi ilə atmosferdən daxil olan havanın temperaturunu dəyişir. Aparılmış araşdırma-müayinə tədbirlərindən sonra “İçərişəhər” stansiyasında çiller havalandırma sisteminin daha optimal variantının tətbiqinə nail olunub. Burada bir sıra praktiki məsələlər də yer alıb. Bu dəfə fankoylları əvəz edən havalandırma sistemi piramidanın kənarından alt hissəsinə keçirilib və piramidanın yuxarı hissəsində ikinci belə bir sistem quraşdırılıb. Daha bir havalandırma qurğusu eskalatorların maşın zalına, rele otaqlarına və digər xidməti sahələrə xidmət göstərir. Eləcə də xüsusi kanallar soyudulmuş havanı vestibüldə bərabər paylayır.

Sistem avtomatik idarəetmə və mühafizə funksiyası ilə təmin edilib. Suyun hərarəti verilmiş həddən yuxarı qalxdıqda, çillerin kompressoru işə qoşulur və onu norma çərçivəsinə qaytarır.

Gələləcəkdə çiller-fankoyl sistemləri və onların daha müasir nümunələri başqa stansiyalarda da tətbiq ediləcək”, - qurum bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
337

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
309

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
286

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
310

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
282

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
402

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
411

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
409

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
467
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 18:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru