Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2021
11:28
Satmaq üçün narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı

Şəmkir rayonunda həyətində narkotik yetişdirən 65 yaşlı qadın saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Şəmkir RPŞ Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
75

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
126

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
145

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
261

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 13:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru