Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2021
12:59
İranda Texnologiya və İnnovasiya Mərkəzinin açılışı oldu

Bu gün İranda ölkənin nüvə alimlərinin elmi nailiyyətlərini kommersiyalaşdırmağı hədəfləyən nüvə sənayesi üçün ilk ixtisaslaşmış İnnovasiya Mərkəzinin (Rasa) açılışı oldu. 

Bu barədə Fars News agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, açılışda İranın Atom Enerjisi Təşkilatının Prezidenti Əli Əkbər Salehi, eləcə də ölkənin Elm və Təhsil üzrə vitse-prezidenti Soren Sattari iştirak edib. 

Həmçinin məlumatda qeyd edilir ki, sözügedən mərkəzin yaradılması nüvə sənayesində yenilikçi bir ekosistem təsisi və buradakı yenilikçi inkişaf müddətini dəstəkləmək istiqamətində ilk addım kimi dəyərləndirilir. Bundan əlavə,  İnnovasiya Mərkəzinin koməyi ilə tibb, nüvə texnologiyaları və kənd təsərrüfatı sahələrinin inkişafında ciddi nailiyyətlər əldə ediləcəyi gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
115

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
295
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 17:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru