Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2021
12:45
Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

“Koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur”.

Bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

“Tədqiqatlar göstərirdi ki, COVID-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2 500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin “Delta” ştammı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir”- deyə o bildirib. 

Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı şəxslər qorunmuş olur: “Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
347

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
309

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
286

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
315

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
282

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
402

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
411

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
409

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
472
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 19:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru