Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2021
11:19
Ayətullah Xamenei həcc mərasimi ilə bağlı İslam ümmətinə müraciət edib

İranın Ali Lideri Ayətullah Seyyid Əli Xamenei həccin başlaması münasibətilə İslam ümmətinə müraciət edib. 

Mehr agentliyi xəbər verir ki, müraciətdə deyilir:

"Bütün dünyada olan müsəlman bacı və qardaşlar!

Bu il də İslam Ümməti böyük həcc nemətindən məhrum qaldı və vurğun ürəklər ah və əfsusla arif və rəhmli Allahın insanlar üçün əsasını qoyduğu möhtərəm evdə ziyafəti əldən verdilər.

İkinci ildir ki, həccin mənəvi sevinci və şadlığı mövsümü ayrılıq və həsrət mövsümünə çevrilir və epidemiya xəstəliyi bəlası və bəlkə də şərif hərəmə hakim kəsilmiş siyasətlərin bəlası möminlərin vurğun gözlərini İslam Ümmətinin mənəviyyat, əzəmət və vəhdət simvolunu müşahidə etməkdən məhrum edir və bu əzəmətli və başıuca zirvəni bulud və toz ilə örtür.

Bu imtahan, İslam Ümməti tarixinin digər ötəri imtahanları kimidir ki, parlaq gələcəyə gətirib çıxara bilər. Mühüm olan budur ki, həcc özünün əsl formasında müsəlman təbəqələrin ürəkləri və ruhlarında yaşamış olsun və hazırda onun mərasim quruluşu müvəqqəti olaraq, mövcud olmasa da onun yüksək müraciəti əhəmiyyətini itirməmiş olsun.

Həcc sirlərlə dolu bir ibadətdir. Ondakı hərəkət və dayanışın gözəl tərkibi və quruluşu/ müsəlman şəxs və müsəlman cəmiyyətin mahiyyətini yaradan və dünya xalqlarının gözlərində onun gözəlliklərini nümayiş etdirəndir.

Bir tərəfdən, bəndələrin ürəklərinə zikr, təvazökarlıq, yalvarış və mənəvi yüksəliş bəxş edərək, Allah-Taalaya yaxınlaşdırır. Digər tərəfdən isə ahəngdar hərəkətlər və bərabər ciddi-cəhd və əhatəliliklə dünyanın dörd bir güşəsindən bir yerə toplaşmış insanları bir-birilərinə bağlayır. Başqa bir tərəfdən, İslam Ümmətinin ən üstün təzahürünü özünün bütün sirlər və mənalarla dolu mərasimləri ilə dünya xalqlarının gözləri önünə sərgiləyir və Ümmətin əzmkarlığı və əzəmətini bədxahlara nümayiş etdirir.

Bu il böyük Allah Evi həcci əlçatan deyil, lakin Allah Evinə diqqət, zikr, təvazökarlıq, yalvarış və günahların bağışlanmasını diləmək əlçatandır.

Ərəfatda olmaq müyəssər deyil, amma Ərəfə günündə mərifət artıran dualar müyəssərdir. Minada şeytanın rədd edilib, daşlanması mümkün deyil, amma hər bir yerdə qüdrəttələb şeytanların dəf və rədd olunmaları mümkündür. Bədənlərin Kəbənin ətrafında vahid iştirakı imkanı yoxdur, amma Allahın kitabına istinad etmək və Qurani Kərimin aydın ayələrinin ətrafında ürəklərin vahid iştirakı həmişəki vəzifədir.

Bu gün yaşayan və oyaq xalqlara, saysız-hesabsız təbii sərvətlərə, geniş ərazilərə və böyük cəmiyyətə malik olan biz İslamın davamçıları öz malik olduqlarımız və mümkün olanlarımızla gələcəyi qurmalıyıq.

Müsəlman xalqlar son 150 ildə öz ölkələri və dövlətlərinin taleyində rola malik olmayıblar və az sayda istisnalarla başdan-başa qərbli təcavüzkar dövlətlərin siyasətləri ilə idarə olunaraq, onların şər işləri, müdaxilələri və tamahkarlıqlarına məruz qalıblar. Bir çox ölkənin bugünkü elmi geriliyi və siyasi asılılığı məhz həmin zəiflik və ləyaqətsizliyin məhsuludur.

Bizim xalqlarımız, alimlərimiz, din alimlərimiz, ziyalılarımız, siyasətçilərimiz, partiya və cəmiyyətlərimiz bu gün o iftixarsız və utancgətitrici keçmişin əvəzini çıxmalıdırlar. Dayanmalı və Qərb qüdrətlərinn şər işləri, müdaxilələri və zorakılıqları qarşısında müqavimət göstərməlidirlər.

İmperializm dünyasının nigaran olduğu və hiddətləndiyi İran İslam Respublikasının bütün sözləri bu müqavimətə dəvətdir. Amerikanın və digər təcavüzkar güclərin şər işləri və müdaxilələri qarşısında müqavimət və islami maarifə söykənməklə İslam Dünyasının gələcəyinin ixtiyarını ələ almaq, təbiidir ki, Amerikanı və onu müşayiət edənləri müqavimət adı qarşısında həssas edib və onlar müxtəlif düşmənçilik növləri ilə islami müqavimət cəbhəsi ilə mübarizə aparırlar. Bəzi region dövlətlərinin onları müşayiət etmələri də həmin şər işlərin davam etdirilməsi istiqamətində acı bir gerçəklikdir.

Həcc mərasimi, səy və təvaf, Ərəfat və Cəmərat, həccin vəhdəti, əzəməti və qaydalarının bizə göstərdikləri düz yol, Allah-Taalaya söykənmək, yüksək ilahi qüdrətə diqqət, mill nəfsə etimad, qələbəyə böyük ümid, hərəkətə əzmkarlıq, mübarizə və səyə inamdır.

İslami bölgədəki səhnənin reallıqları bu ümidi artırır və həmin əzmkarlığı gücləndirir.

Bir tərəfdən, İslam Dünyasının problemləri, elmi geriliklər, siyasi asılılıqlar və sosial və iqtisadi çatışmazlıqlar bizi yorulmaz mübarizə və böyük bir vəzifə qarşısında qoyur.

Qəsb olunmuş Fələstin bizdən kömək tələb edir. Məzlum və qana bürünmüş Yəmən ürəkləri ağrıdır. Əfqanıstandakı müsibətlər hamını nigaran edir. Amerikanın və onun köməkçilərinin şər işləri və müdaxilələrinin özünü göstərdiyi İraq, Suriya və Livanda və bəzi digər müsəlman ölkələrdəki gənclərin qeyrəti və ciddi-cəhdini oyadır.

Digər tərəfdən, müqavimət elementlərinin bütün bu həssas ərazi və dairələrdə baş qaldırmaları, xalqların oyanışı və şövqlə dolu gənc nəslin stimulu ürəkləri ümidlə doldurur.

Fələstin özünün bütün bölmələrində “Qüds qılıncı”nı qınından çıxarır. Qüds, Qəzzə, İordan çayının qərb sahili, 1948-ci ildə işğal olunmuş ərazilər və düşərgələrin hamısı ayağa qalxırlar və on iki gün ərzində təcavüzkarın kürəyini yerə çırpırlar.

Mühasirəyə alınmış yalqız Yəmən/ daşürək və şər düşmənin yeddi il savaşı, cinahyətləri və məzlumları öldürməsinə tab gətirir; qida və dərman qıtlığı, həmçinin yaşayış imkanlarının olmamasına rəğmən, zorakılara təslim olmur və onları öz qüdrəti və təşəbbüsü ilə çaş-baş qoyur.

İraqda müqavimət elementləri açıq və aydın dil ilə qəsbkar Amerikanı və onun düzəltdiyi oyuncaq İŞİD qruplaşmasını geri oturdurlar. Onlar öz əzmkarlıqları ilə Amerika və onu müşayiət edənlər tərəfindən edilən hər bir şər iş və müdaxilə ilə qətiyyətlə mübarizə aparırlar.

Amerikalıların İraq, Suriya və Livanda, həmçinin digər ölkələrdəki müqavimət elementlərinin və qeyrətli gənclərin əməli, istəyi və əzmkarlıqlarını təhrif etmək üzrə təbliğat kampaniyası, bunu İrana və ya hər bir digər mərkəzə aid etmək o şücaətli və oyaq gənclərə hörmətsizlikdir. Bunlar amerikanların bu regionun xalqlarını düzgün dərk etməmələrindən irəli gəlir.

Elə bu yanlış dərk səbəb olubdur ki, Amerika Əfqanıstanda təhqir olunmuş olsun. O 20 il bundan öncəki səs-küylü girişdən, müdafiəsiz və mülki əhali qarşısında od-alov, bomba və silahın işlədilməsindən sonra özünü bataqlıqda hiss etmiş və öz hərbi qüvvələri və təchizatlarını oradan çəkmiş olsun. Əlbəttə, oyaq əfqan xalqı öz ölkəsində Amerikanın yumşaq müharibə silahları və kəşfiyyat vasitələrindən qorunmalı və onların qarşısında sayıqcasına dayanmalıdır.

Region xalqları göstərdilər ki, oyaq və sayıqdırlar. Onların yolu və rəftarı, Amerikanı razı salmaq üçün hətta onun/ həyati Fələstin məsələsindəki tələbinə boyun əyən bəzi dövlətlərdən ayrıdır-qəsbkar sionist rejimlə aşkar və gizli surətdə dostluq oyununu uduzan, yəni Fələstin xalqının öz tarixi vətənindəki haqqını inkar edən dövlətlər.

Bu, fələstinlilərin sərmayəsinə əl uzatmaqdır. Onlar öz ölkələrinin təbii sərmayələrini tarac etməklə kifayətlənməyərək, hazırda Fələstin xalqının sərmayəsini tarac edirlər.

Qardaşlar və bacılar!

Bizim regionumuz və ondakı müxtəlif və sürətli hadisələr dərslər və ibrətlərin sərgisidir.

Bir tərəfdən, təcavüzkar zorakı qarşısında mübarizə və müqavimətdən irəli gələn qüdrət, digər tərəfdən isə təslim olmaq və zəifliyin bildirilməsi və onun yüklərinə dözmək.

İlahi sadiq vəd, Allah yolu mübarizlərinin qələbəsidir:

Bu mübarizənin ilk təsiri Amerikanı və digər beynəlxalq zorakıları islami ölkələrə müdaxilə və onlara qarşı şər işlərdən çəkindirməkdir, inşaallah.

Allah-Taaladan müsəlman xalqların qələbəsini diləyirəm və Həzrət Bəqiyətəllah(ərvahuna fidah)-a salam göndərirəm və Böyük və Möhtərəm İmam Xomeyni və möhtərəm şəhidlər üçün Allah-Taaladan yüksək dərəcələr diləyirəm".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
233

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
13:43
İQTİSADİYYAT
261

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
295

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
271

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 20:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru