Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2021
10:55
SABAH qruplarına test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2021-ci il tarixində SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) keçiriləcək.

DİM-dən  verilən əlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunacaq

Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni iyulun 6-dan etibarən aşağıdakı linkdən çap edirlər:

https://eservices.dim.gov.az/brxvsbh/

İmtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
105

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
140

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
251

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
490

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
506
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 12:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru