Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2021
15:31
“Elmar Vəliyev məhkəmədə dindirilsə, vəziyyəti pisləşəcək”

Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin psixoloji durumu ilə bağlı ekspert rəyi açıqlanıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” ilə bağlı məhkəmə prosesi iyulun 15-də davam etdiriləcək: “Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

“Qafqazinfo”nun məhkəmədən əldə etdiyi məlumata görə, ekspert rəyində, həmçinin, Elmar Vəliyevə “Retroqrad amneziya” diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır. Məlumata görə, Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.

Qeyd edək ki, icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd işi ilə bağlı ona atəş açan Yunis Səfərov və daha 11 nəfər ittiham edilir.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Yunis Səfərovun ömürlük, digər şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
258

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
395
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru