Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2021
14:35
“Azərsu” Milli Məclisin komitə sədrinə cavab verdi

Milli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub.

Bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

“Hörmətli Musa müəllimin diqqətinə çatdırmaq istəyirik ki, “Azərsu” əhalinin içməli su təminatı ilə məşğul olur, ağacların və yaşıllıqların suvarılması ilə yox. Abşeron yarımadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyəti qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır.

Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu”ya 134 min manat borcu yaranıb.

Millət vəkilinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verilməsi iddiasına gəlincə, bildiririk ki, bunlar artıq keçmişdə qalıb. Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56 %-i 24 saat fasiləsiz, 14 %-i 12 saatlıq, qalan 30 %-i isə 5-10 saatlıq qrafikli rejimlə su alır. Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 milyon manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub, içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib. Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.

Su və kanalizasiya layihəsinin icrası zamanı “Azərsu” hər hansı kəhriz və yaxud arxı da sıradan çıxarmayıb. Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektlərin qazılmış asfalt örtüyü bərpa edilib.

Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcək”, - deyə qurum bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
155

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
195

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
510

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
501

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru