Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
12:37
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 mlrd. dollara yaxınlaşır

Bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,867 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,2% çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,207 mlrd. dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 3,4% azdır. İdxalın həcmi isə 660,433 mln. dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

Nəticədə, 2021-ci ilin yanvar-may aylarında 546,582 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

Məqalədə : Azərbaycan Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
243

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
201

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
250

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
279

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
231

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 00:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru