Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2021
11:11
Bu gün Xanım Məsumənin (s.ə) mövlud günüdür

Hicrətin 173-cü ili Zilqədə ayının 1-i (bu il 12 iyun) İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.

Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası, Əhli-beyt (ə) davamçılarının yeddinci İmamı Musa ibn Cəfər (ə), anası isə səkkizinci İmam həzrət Rzanın (ə) anası Nəcmə Xatundur (s.ə). Beləliklə də həzrət Məsumə (s.ə) və İmam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdırlar. Xanım hicri-qəməri tarixi ilə 173-cü il, Zilqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda Bağdad şəhərində Harunun zindanında həbs olunan atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır.

Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən (ə) heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə (s.ə) Xorasana tərəf yola düşdü. Xanım Məsumə (s.ə) bir baxışdan həzrət Zeynəbə (s.ə) bənzəyirdi. Çünki Yezid İmam Hüseyni (ə) mənfi simada tanıtmaq istədikdə Həzrət Zeynəb (s.ə) cəsurluqla Yezidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (s.ə) ona bənzər bir iş gördü. Çünki Məmun İmam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə İmama (ə) çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.

Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun İmamı Rzanı (ə) zorla apardığını ifşa etdi. Xanım buyurmuşdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: "Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir"". Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri Xanımın (s.ə) Quma gəlməsini eşitdikdə şad oldular və onun görüşünə çıxaraq, böyük sevinc və şövqlə Xanımı (s.ə) qarşıladılar. Xanım Məsumə (s.ə) on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. On yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu, onun ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər önəm verdiyini göstərir. Bundan əlavə, Xanım (s.ə) ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər onun vasitəsi ilə gəlib çatmışdır.

Bütün bunlara baxmayaraq, Xanım Məsumə (ə) qardaşı İmam Rza (ə) ilə görüşə bilmir və hicri tarixi ilə 201-ci ildə 28 yaşında Allahın çağırışına "ləbbeyk" deyərək, gözlərini əbədi olaraq bu dünyaya yumur. Amma onun 17 günlük Qumda yaşaması bu şəhəri müsəlmanların ən böyük ziyarətgahlarından birinə çevirir. Xanımın fəzilətləri böyük olub. Amma biz İmam Cəfər Sadiqdən (ə) Xanımın fəzilətinə dəlalət edən bir hədisi oxucularımızın diqətinə çatdırmaqla kifayətlənirik.

İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) bir hərəmi vardır və o, Mədinədir. Əmirəl-Mömininin (ə) bir hərəmi vardır və o, Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır". Sonra İmam buyurur: "Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar".

Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, İmam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır./Dəyərlər

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
227

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
215

Neft yenidən ucuzlaşıb

17

Sentyabr
09:31
İQTİSADİYYAT
175

AMB-nin valyuta məzənnələri

17

Sentyabr
09:15
İQTİSADİYYAT
175

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
236

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
249

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
245

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
236

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
275

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
255
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 12:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru