Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
14:24
İSLAMOFOBLARIN XAİN NİFRƏTİ...
Həsrət Rüstəmov: "Vəziyyət artıq nəzərdə tutulan həddi aşdığını göstərir"

"Bu siyasətin intişar tapmasında dövlət rəhbərləri, böyük siyasi-iqtisadi gücü olan dairələrin maraqları mühüm rol oynayır"- Həsrət Rüstəmov

İki gün əvvəl Kanadada avtomobil sürücüsünün bir müsəlman ailədən dörd nəfəri bilərəkdən vuraraq öldürməsi ciddi narahatlıq doğurmaya bilməz. Təəssüf ki, baş verən dəhşətli hadisə birinci və yəqin sonuncu belə fakt olmayacaq... 

Bəs islamofobiya, yəni müsəlmanlara qarşı ayrı-seçkilik, düşmənçilik nədən qaynaqlanır, əsas səbəbi nədir?Bu xain nifrəti dayandırmaq mümkündürmü?

Mövzu haqda fikirlərini Faxtxəbər-lə bölüşən ADP sədrinin müavini Həsrət Rüstəmov maraqlı nüanslara toxundu.

Müsahibimiz bildirdi ki, Qərb cəmiyyətlərində islamofobiya son on illikdə, xüsusilə ABŞ-da "11 sentyabr" hadisələrindən sonra həqiqətən də ciddi vüsət götürüb: "Əslində dini və milli dözümsüzlük, habelə ksenofobiyanın müxtəlif təzahürlərinə dünyada həmişə rast gəlinib. Amma İslam aləminə qarşı dözümsüzlüyün xüsusi olaraq körüklənməsi, bir ideologiya halına gətirilməsi olduqca qorxulu tendensiyadır. Məsələyə BMT baş katibi A.Qutterişin də bu ilin mart ayında münasibət bildirməsi vəziyyətin artıq nəzərdə tutlan həddi aşdığını göstərir. Təbiidir ki, islamofobiya adi insanların təhriki və dəstəyi ilə inkişaf etmir. Bu siyasətin intişar tapmasında siyasi xadimlər, dövlət rəhbərləri və böyük siyasi-iqtisadi gücü olan dairələrin maraqları mühüm rol oynayır. Məsələn, bu istiqamətdə böyük rol oynayan "11 sentyabr" hadisələrinin əslində İslam dövlətləri və ya İslam aləmi ilə heç bir əlaqəsinin olmaması, Üsamə bin Ladenin məhz ABŞ xüsusi xidmət orqanlarının yetirməsi olması faktı artıq bütün dünyaya məlumdur. Amma aparılan təbliğatın gücü o qədər böyük olub ki, hələ də Qərb dünyasında bu terror hadisəsinin İslamla əlaqəli olması fikri hakimdir". H.Rüstəmova görə, Qərb liderləri öz ölkələrindəki və dünyadakı neqativ siyasətlərini İslam radikalizminə qarşı guya apardıqları və ya aparılması zəruri olan proseslə əlaqələndirməklə, əslində öz xalqlarının diqqətini həqiqətdən yayındırmağa çalışırlar. Bir sözlə, İslamofobiya indiki dünya  üçün böyük bir biabırçılıqdır:

"Dini və irqi müxtəliflik dünyanı gözəlləşdirən və sülhü təmin edən bir vasitə olmaq əvəzinə, münaqişə və qarşıdurma predmetinə çevrilib. Və təbii ki, bundan əsasən İslam aləmi əzab çəksə də, itirən bütün bəşəriyyətdir".

"İslamofobiyanın dayandırılması nəinki mümkündür, olduqca vacibdir"- deyə, siyasətçi vurğuladı:

"Bunun üçün bir tərəfdən dünyaya ağalıq etmək iddiasında olan dövlətlərə ağıllı insanlar rəhbərlik etməlidir. Digər tərəfdən İslam ölkələrində öz xalqına hörmət edən, həqiqi İslam dəyərlərinə söykənən güclü hakimiyyətlərin formalaşması vacibdir. Dünya müsəlman dövlətləri hər cəhətdən dünyaya nümunə olacaq bir səviyyəyə çatmaqla bəşəriyyətə İslamın İlahi dəyər olduğunu, ondan qorxmaq yox, ona tapınmağın vacib olduğunu aşılaya bilər. Az inandırıcı olsa da, hər iki istiqamətdə həm Qərb dünyasında tolerantlığın inkişafı, həm də Şərqdə siyasi demokratizmin yayğınlaşması ksenofobiyanın bütün növlərinə qarşı mübarizədə əsaslı rol oynaya bilər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
994
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 17:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru