Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
11:28
Deputat: “Gələn ildən “Aİ-95” və “Premium” ölkədə istehsal olunacaq”

Dünya yanacaq bazarındakı dəyişiklər bəzən qlobal siyasi proseslərlə izah olunur.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü, millət vəkili Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, hazırda gedən siyasi proseslər, münaqişələr, İran ətrafında baş verən proseslər, Rusiya-ABŞ münasibətləri və bu münasibətlərin gərginləşməsi fonunda dünyada yüksəkoktanlı benzinə olan tələbat artır: “Bunun nəticəsidir ki, məhz bu kateqoriyadan olan benzinin qiymətində və neftin qiymətində artım müşahidə olunmaqdadır”.

Deputat bildirib ki, beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asıllığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub: “Məndə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsindəgələn ildən “Aİ-95” və “Premium” markalı benzinlərin istehsalı mümkün olacaq. Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək”.

N. Həmzəyev deyir ki, ümumilikdə nəzərə almalıyıq ki, hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda yenə də bu marka benzinlərin qiyməti aşağıdır: “Ancaq istənilən halda, biz bu asıllığı tamamilə aradan qaldırmaq və qiyməti stabil saxlaya bilmək üçün məhz bu marka benzinləri istehsal edəcək zavodların tikilməsini həyata keçirməliyik. Bilirsiniz ki, əslində “Aİ-95” və “Premium” markalı benzinləri daha çox bahalı avtomobillərin sürücüləri istifadə edirlər. İstər-istəməz, bu, yüklərin daşınmasında və kənd təsərrüfatı məhsullarının artımına elə də böyük təsir etməməlidir. Bu baxımdan da biz çalışmalıyıq, xüsusilə də aidiyyatı qurumlar çalışmalıdırlar ki, bunu bəhanə gətirərək süni qiymət artımına imkan verilməsin. Çalışmalıyıq ki, bu məsələdə hər birimiz fəallıq göstərək”.

Deputat düşünür ki, qətiyyən imkan vermək olmaz ki, süni qiymət artımı baş tutsun: “Çünki, bu kateqoriya və bu markalı benzinlər daha çox bahalı xarici avtomobillərdə istifadə edilir, yük daşımalarında isə “Aİ-92” markalı və dizel yanacağından istifadə olunmaqdadır: “Təəssüflə qeyd etmək lazımdır ki, “Aİ-95” və “Premium” markalı benzinlərin hazırda Azərbaycanda istehsalı mümkün olmadığı və xaricdən alındığı üçün, bu yanacaqların qiymətinin artımı da beynəlxalq yanacaq bazarındakı qiymət dəyişiklikləri ilə əlaqədardır. Azərbaycanda yeni zavodunun tikilməsi və ya mövcud zavodda modernləşdirmə işləri yekunlaşdıqdan sonra bu marka benzinlərin də istehsalı mümkün olacaq ki, bu da dövlət tərəfindən qiymətin tənzimlənməsinə şərait yaradacaq”.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda benzinin qiyməti bahalaşıb və “Aİ-95” markalı benzinin qiyməti 1,40 manat olub.

Qeyd edək ki, qiymət artımına qədər bu markalı yanacağın qiyməti 1,25 manat təşkil edib.

Məqalədə : benzin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru