Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
11:16
Azərbaycandakı ödəniş terminalları yeni əskinazları niyə tanımır?

Ölkədə yerləşən ödəniş terminallarında tədavülə yeni buraxılan 1, 5 və 50 manatlıq əskinasların qəbul edilməsi ilə bağlı problem yaşanır. Belə ki, terminal vasitəsilə ödəniş etmək istəyən şəxs bu pulları aparata daxil etdikdə aparat pulu qəbul etmir və geri qaytarır.

“Report” problemin səbəbini öyrənmək üçün bəzi ödəniş sistemləri ilə əlaqə saxlayıb.

“Milliön” ödəniş sisteminin qaynar xəttindən aldığımız məlumatda bildirilib ki, artıq bir çox terminallar yeni 1, 5 və 50 manatlıq yeni əskinazları qəbul edir:

“Sadəcə bəzi ünvanlarda yerləşən terminallarımız var ki, hələ onlar yeni pulları qəbul etmir. Aparatlara yeni pulların tanıtdırılması prosesi mərhələli şəkildə aparılır. Ona görə də ola bilər ki, bəzi terminallar həmin pulları qəbul etməsin. Hər gün texniki məsələlərlə məşğul olan əməkdaşlarımız hissə-hissə bir neçə terminala yaxınlaşıb yeni pulları həmin aparatlara tanıtdırırlar. Bununla əlaqədar iş hazırda davam edir. Bir çox terminallarımızda isə artıq bu məsələ öz həllini tapıb. Bunlardan bir neçəsinə misal olaraq Səbail rayonu Xəqani küçəsində “Wine House”da quraşdırılan terminal, Nəsimi rayonu Nizami küçəsində “Belaruski” ticarət mərkəzinin qarşısında, Füzuli küçəsində Fövqaladə Hallar Nazirliyinin binasında yerləşən terminal, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində “BakuMart”ın yanında olan terminalları göstərmək olar. 5 aprel tarixinə artıq 1 146 terminalımızda yeni pulların tanıtdırılması prosesi başa çatdırılıb”.

“E-manat” ödəniş sisteminin qaynar xəttindən bildirilib ki, sistemə aid terminalların heç biri hələlik yeni əskinazları qəbul etmir:

"Hələ ki, heç bir aparatımızda yeni pullar qəbul edilmir. Çünki yeni pulların qəbul edilməsi ilə bağlı proqram təminatı terminallara yazılmayıb. Hazırda müəyyən texniki işlər aparılır. Amma terminallarda yeni əskinasların nə vaxt qəbul ediləcəyi ilə bağlı dəqiq məlumat verə bilmərik. Yaxın zamanlarda proqram təminatı terminallara yazılacaq və məsələ öz həllini tapacaq”.

“Expresspay” ödəniş sistemi ilə bağlı “Express Bank”dan məlumat verilib ki, bütün terminallarda yeni əskinazların qəbul edilməsi mümkündür:

“Artıq sistemə yeni pul nişanlarının təsvirləri vurulub. Təqribən bir aya yaxındır ki, bütün terminallarımız yeni buraxılan pulları qəbul edə bilir”.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Yenilənmiş pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
151

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
251

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
293

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
266

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
314

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
376

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
332

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
444

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
367

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
362

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
376

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
384
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 02:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru