Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2021
11:29
Əsgərin intiharı ilə bağlı cinayət işi başlanılıb

Hərbi hissədə intihar edən əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Məqalədə : əsgər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
265

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 03:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru