
Dövlət İmtahan Mərkəzi (DİM) 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibə elanları üzrə dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.
Mərkəzdən verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 18 mart 2020-ci ildən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.
Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.
17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 30 iyun saat 23:59-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər.
Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki beş gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.
Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə iki metrlik məsafə saxlamalıdırlar.
Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin, normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.
Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel07-02-2020 12:54 Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul ediləcəklər
06-02-2020 15:48 Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
24-01-2020 14:55 Sabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
18-01-2020 08:35 Dövlət qulluğuna qəbul və test imtahanları nümunələrinin hazırlığı qaydasına d
07-01-2020 10:20 Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
27-12-2019 09:49 DİM: Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb
- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI