Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
11:19
İcra başçısının müavini və xanımı koronavirusa yoluxdu

Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü  Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri 16.06.2020-ci il tarixdən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.(Qafqazinfo)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
578

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
573

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 09:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru