Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
09:29
Salyanda cinayət törədən şəxs həbs olunub

Baş Prokurorluq Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

Xəbər verildiyi kimi, iyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (trend)

Məqalədə : Salyan cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu

12

Aprel
09:45
AİLƏ, SAĞLAMLIQ
230

Neft yenidən bahalaşıb

12

Aprel
09:20
İQTİSADİYYAT
182

AMB-nin valyuta məzənnələri

12

Aprel
09:08
İQTİSADİYYAT
166

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
672

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
692

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
788

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
717

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
814
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 10:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru