
Nisbətən nadir, infeksion olmayan, irsi bir vəziyyət olan albinizm, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq bütün dünyada insanlara təsir göstərir.
"Anadolu" agentliyinin Ümumdünya Albinizmin Şüur günü üçün tərtib etdiyi məlumata görə, albinizm canlılara rəng verən melanin piqmentinin istehsalına qismən və ya tamamilə maneə törədən genetik dəyişikliklərin nəticəsidir.
Albinizmi olan, ümumiyyətlə ağ dəriyə sahib olan insanlar dəri xərçənginə olduqca həssasdır və zamanla görmə qabiliyyətini itirirlər.
Buna görə dünya miqyasında albinosların müntəzəm olaraq tibbi müayinədən, günəş eynəyi və günəşdən qoruyucu geyimlərdən istifadə imkanları var.
Digər tərəfdən, 1988-ci ildən bəri genetik tədqiqatlar nəticəsində 19 fərqli genin albinizmə səbəb olduğu aşkar edilib.
Afrikada daha çox rast gəlinir
Ümumdünya Səhiyyə Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatlarına görə, Afrikada 5000-15 min nəfərdən biri albinosdur.
Albinizm Sub-Sahara Afrikasında daha çox yayılıb. Cənubi Afrikada 1000 nəfərdən biri, Tanzaniyada 1400 nəfərdən biri albinosdur.
Asiya və Sakit okeanda müxtəlifdir
Yaponiyada 7900 ilə 27 min nəfər arasında, Avstraliya və Yeni Zelandiyada 17 min nəfərdən birində albinizm olduğu təxmin edilir.
Albinosların ümumi sayının Hindistanda təqribən 150 min, Çində 90 min olduğu təxmin edilir.
Albinosların Avropada aşkarlanması çətindir
Şimali Amerikada və Avropada hər 17000-20 min nəfərdən birində albinizmin bir növü olduğu təxmin edilir.
Hollandiya kimi bəzi ölkələrdə daha çox albinos görülsə də, Şimali İrlandiyada təxminən 4 min 500 insanın birində albinizm olduğu təxmin edilir.
Bununla birlikdə, Avropada albinosların albinizmə sahib olduqları və ya nisbətən aşağı olan bir piqmentasiya yaşadıqları üçün albinosun olub-olmadığı çox vaxt bilinmir.
Buna görə Avropadakı məlumatların həqiqəti əks etdirmədiyi iddia edilir.
Cənubi Braziliya, Cənubi Meksika, Şərqi Panama və ABŞ-ın cənub-qərb bölgəsindəki müxtəlif yerli icmalarda albinosların sayı 28-6500 nəfər arasında olur.
Dünyada albinizm
Albinoslar xarici görünüşlərinə görə dünyanın müxtəlif yerlərində damğalara və ayrıseçkiliklərə məruz qaldıqları bir vaxtda, bir çox ölkədə albinizmin bilinməsi üçün kampaniyalar aparılır.
Avropa Birliyi albinos fərdlər üçün nadir xəstəliklərin müalicəsi sahəsini yaxşılaşdıra biləcək əməkdaşlığı inkişaf etdirməyə çalışır.
Fransa, İspaniya, Türkiyə və İngiltərədə QHT-lər hər il Beynəlxalq Albinizmə Şüur günü ətrafında məlumatlandırma kampaniyaları təşkil edirlər.
Keniya, Cənubi Afrika, Tanzaniya və Zimbabve də daxil olmaqla bir çox ölkədə albinoslar da daxil olmaqla əlil insanları işə qəbul etmək üçün müsbət fəaliyyət proqramları həyata keçirilir.
Keniya, Malavi, Cənubi Afrika və Tanzaniyada albinoslar cəmiyyətdə yüksək vəzifələrdə çalışır.
Argentinada albinos tələbələrinin ehtiyaclarına diqqət çəkmək üçün bütün təhsil səviyyələri üçün bir protokol mövcuddur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 17-06-2020 12:44 Koronavirusun müalicəsi üçün ən effektiv dərman cəmi 10 manata başa gəlir
- 12-06-2020 16:10 Dünyanın genetik "ağları": Albinos
- 12-06-2020 14:25 Koronavirusun ən çox meyl elədiyi qan qrupu açıqlanıb
- 02-06-2020 09:59 Streslə mübarizə aparmaq üçün 10 təsirli qida
- 19-05-2020 09:10 Koronavirus peyvəndi insanlarda sınaqdan uğurla keçirilib
- 16-03-2020 11:05 TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı
- 26-02-2020 14:03 Nazirlik koronavirusdan qorunma yollarını açıqlayıb - VİDEO
- 26-02-2020 10:18 Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı
- 24-02-2020 17:26 Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 13-02-2020 15:43 Həkimlər koronavirus vaksinlərini sınaqdan keçirməyə hazırlaşırlar
- 12-02-2020 11:32 Xorultu təhlükəli xəstəliyin əlaməti imiş
- 11-02-2020 17:33 Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
- 10-02-2020 14:35 Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur
- 07-02-2020 13:15 Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar
- 07-02-2020 12:21 Böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur
- 06-02-2020 17:11 Naməlum səbəblərə görə koronavirus bu şəxslərə yoluxmur
- 06-02-2020 12:55 Qoz suyunun faydları
- 31-01-2020 10:51 Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB
- 29-01-2020 12:41 Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
- 22-01-2020 11:15 Beyin işini yaxşılaşdırmağın sadə yolu açıqlanıb
- 21-01-2020 12:49 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ!
- 17-01-2020 12:54 Süd bioloji qocalmanı yavaşladır
- 16-01-2020 09:52 Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
- 14-01-2020 09:53 İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə nələr daxildir? - SİYAHI
- 27-12-2019 09:50 Azərbaycanda psixi xəstələrin sayı bir ildə 2000 nəfər artıb