
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Bunun nəticəsidir ki, pandemiyadan ölənlərin sayı da çoxalmaqda davam edir. Təəssüflər olsun ki, yoluxanlarla sağalanlar arasında ciddi fərq müşahidə olunur. Virusa yoluxanların sayının sağalanlara nisbətən artması pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin daha da sərtləşdirilməsini zəruri edib. Elə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" iyunun 4-də imzaladığı qərarını göstərmək olar. Həmin qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək (ötən həftənin şənbə və bazar günü - red) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Lakin bu qərar ictimaiyyətdə bimənalı qarşılanmayıb. Çünki bəziləri yalnız həftə sonları tətbiq olunan bu qadağanın nəticəsiz olduğunu düşünür. Bəs görəsən, sərt krantin rejiminin nəticəsi nə zaman bilinəcək?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev “Report”a açıqlamasında bildirib ki, COVID-19-un inkubasiya müddəti 7-14 gündür və iyun ayının ikinci yarısından sərt karantin rejiminin müəyyən nəticələrini görmək mümkün olacaq.
Onun sözlərinə görə, Azərbaycanda koronavirus analizlərinin nəticələri 3-5 gün arasında bilinir: “Bəzən nəticədə qeyri-dəqiqlik ola bilər. Bu zaman təkrar analiz götürülür. Hər halda sistem kifayət qədər uğurludur. Analiz götürülən şəxslərə də 3-5 gün ərazində məlumatlar verilir. Ümumiyyətlə, rejimin sərtləşdirilməsinin bir neçə mənada xeyiri var. Birincisi, insanların intizama dəvət olunması və məsuliyyət hissinin artırılmasıdır. Çünki insanlar evdə qaldıqdan sonra işə çıxanda bir müddət üzərlərində məsuliyyətin olduğunu hiss edirlər və yavaş-yavaş vərdişlərə yiyələnirlər. İkincisi, insanlar istirahət günləri daha çox sərbəst qalırlar və biryerə toplaşmağa meyilli olurlar. Digər tərəfdən də iki günlük sərt karantin rejimindən bir-iki həftə sonra onun müsbət nəticələrini görəcəyik. Bu təcrübədən dünyada eləcə də, qonşu Türkiyədə istifadə edilib və olduqca müsbət nəticələr əldə olunub".
"Düşünmürəm ki, şənbə və bazar günlərində tətbiq edilən qadağalar nəticəsiz qalsın".
Komitə sədri payız aylarında koronavirusa yoluxma hallarının artacağı ilə bağlı proqnozlara da münasibət bildirib: "Yaxşı olar ki, insanlarımız uzun müddət bu rejimdə yaşamağa vərdiş etsinlər. Çünki koronavirus hələ ki bizimlədir, vaksini yoxdur. Yəqin ki, ilin sonuna kimi onunla mübarizə aparmalı olacağıq. Xüsusən də, payız aylarında havanın soyuması, iqlimin dəyişməsi və insanların immunitetinin zəifləməsilə əlaqədar virusa yoluxma hallarının yenidən artması barədə müəyyən proqnozlar var. Bunun üçün payız aylarına qədər insanların virusdan qorunma vərdişləri və hazırlıqları artırılmalıdır. Bunun üçün də belə tədbirlərin aparılması əhəmiyyətlidir”.
M.Quliyev bildirib ki, insanlar indiki şəraitə uyğunlaşmalı, sosial məsafəni gözləməli və maskadan istifadə etmədirlər: “Ayrı yolumuz yoxdur. Əgər ölkə Prezidenti, Ali Baş Komandan bizə tövsiyələr verirsə, xəstəliklə mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıbsa, dövlət tərəfindən bu qədər işlər görülürsə, cəmiyyət də öz məsuliyyətini dərk etməlidir. Ona görə də mən düşünmürəm ki, şənbə və bazar günlərində tətbiq edilən qadağalar nəticəsiz qalsın. Əlbəttə ki, müsbət nəticə olacaq. Əgər bunun effekti zəif olarsa, yoluxma halları çox olan ayrı-ayrı lokal bölgələrdə karantinlər təşkil etmək olar. Hazırda da bəzi müəsissələrin bağlanması və insanların təcrid olunması prosesi gedir. Bu virus çox sürətlə yayıldığı üçün yay fəslində insanları izoliyasiya etmək mümkün deyil. Nəzərə alsaq ki, xaricdən də vətəndaşlarımız gəlir, onların yerləşdirilməsi və karantin şəraitində saxlanılması lazımdır. Dünya təcrübəsi də göstərdi ki, total izoliyasiya tədbirləri öz təsirini göstərir. Yenidən sərt karantin rejiminə dönmək də mümkündür. Hərçənd ki, insanlar üçün həm psixoloji, həm də fiziki baxımdan çox çətindir. Amma yoluxmalar belə davam edərsə, bu addım da atıla bilər”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul oluna
13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
13-06-2020 11:30 Bəzi poçt şöbələri xidmət göstərməyəcək
13-06-2020 10:03 Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək
13-06-2020 09:40 Sərt karantin günlərində telefon və internetdə problem olmayacaq
12-06-2020 18:00 Sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarət Daxili İşlər Nazirliyinə
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi