
Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələrinin təklifləri əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var və onlar hazırda qüvvədədir.
Bu barədə nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, imtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbələrə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər: "Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).
Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyən tələbələr də var və bu da nəzərə alınır. Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Eyni zamanda, bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək".
Açıqlamada o qeyd edilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur:
"Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək bu ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu iyunun 10-a qədər davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq".

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel- 08-04-2021 12:02 Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub
- 08-04-2021 10:25 Məktəblər nə vaxt açıla bilər? - AÇIQLAMA
- 08-04-2021 09:57 Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni açıqlama
- 07-04-2021 12:22 Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
- 05-04-2021 12:06 Bağçalar sabahdan işləyəcək
- 05-04-2021 11:13 Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır
- 05-04-2021 09:43 Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır
- 05-04-2021 08:54 Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- 01-04-2021 16:15 Nazirlikdən bağçalarla bağlı açıqlama
- 01-04-2021 15:40 Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
- 01-04-2021 15:20 Məktəblər bağlansın, ya yox? - Sorğunun nəticələri açıqlandı
- 31-03-2021 14:10 Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- 31-03-2021 10:22 Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu
- 30-03-2021 16:26 Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
- 30-03-2021 11:46 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər - SİYAHI
- 30-03-2021 10:29 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub
- 29-03-2021 12:12 Daha 6 məktəb koronavirusa görə bağlandı
- 29-03-2021 10:05 Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir