Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2020
12:41
ABŞ-da daha bir qaradərili qətli: təzyiq nəfəs kəsilməsinə səbəb olub!

ABŞ-da daha bir qaradərili gəncin polis tərəfindən öldürüldüyü ortaya çıxıb. Mart ayında Vaşinqtonun Takoma şəhərində vəfat edən qaradərili yeniyetmə Manuel Ellisin yarılmasını idarə edən həkim, hesabatda qaradərili gəncin oksigen çatışmazlığından öldüyünü yazıb. Tətbiq olunan fiziki məhdudiyyətin nəfəs almağa mane olduğu bildirilib.

"Bütün məlumatlar toplanmışdır. Ümid edirik, hesabatı bu həftənin sonunda və ya gələn həftənin əvvəlində prokurora təqdim edəcəyik", - deyə Pierse Şerif İdarəsinin sözçüsü Ed Troyer bildirib.

Troyerin sözlərinə görə, Takoma Polis İdarəsinin əməkdaşları Ellisi martın 3-də saxlayıblar. Çünki o, başqa bir avtomobil pəncərəsinə vururmuş. Ellis məmurlara yaxınlaşıb, onlardan birini itələyib. Digər dörd polis zabiti onu yerə yıxaraq qandallayıblar. "Ellisin tutulmasının səbəbi özünə və ya zabitlərə zərər verməməsi idi. Nəfəs ala bilmədiyini deyəndən sonra zabitlər tibbi yardım çağırıblar. Tibb heyəti hadisə yerinə gələndə Ellis nəfəs alırmış. Ancaq 40 dəqiqədən sonra ölüb", - deyə Troyer əlavə edib.

Takoma Polis İdarəsi bundan əvvəl həbs zamanı polis məmurlarının bədən kameralarından istifadə etməmələrinə baxmayaraq, Ellisi boğmaq üçün dizlərindən istifadə etdiklərinə inanmadığını açıqlamışdı. "Ölkəmiz Corc Floyd, Breonna Teylor, Ahmaud Arberi və son cinayətlər ilə əlaqəli olmasa da, bu istintaqın nəticələrini tezliklə öyrənəcək", - deyə Takoma Bələdiyyə sədri Viktoriya Vudards söyləyib.

Məqalədə : ABŞ qaradərili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
5

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
602

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
473

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
506

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
773

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 10:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru