Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2020
11:57
Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 155 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 146  fərdi (mikro) sahibkar, cəmi 141 301 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 141  işçini əhatə edən 28 155 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,43 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,71 mln. manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 464 vergi ödəyicisinə 202 647 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,54 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 146 vergi ödəyicisindən müraciət daxil olub, 105 731 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,02 mln. manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,56 mln. manat vəsaitin 101 039 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 2-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 105,5 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Məqalədə : İqtisadiyyat Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu

12

Aprel
09:45
AİLƏ, SAĞLAMLIQ
219

Neft yenidən bahalaşıb

12

Aprel
09:20
İQTİSADİYYAT
182

AMB-nin valyuta məzənnələri

12

Aprel
09:08
İQTİSADİYYAT
166

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
661

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
692

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
788

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
717

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
814
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 10:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru