Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2020
12:13
Azərbaycandan bu il Həcc ziyarəti olacaqmı?

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hələ ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək:

"Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər bu ay ərzində Səudiyyə Ərəbistanından bildiriş gəlsə və sənəd qəbulu bərpa olunsa, Həcc ziyarəti baş tuta bilər, ancaq növbəti ay gec olur. Qurban bayramı ildə bir dəfə olur və o zaman Həcc ziyarəti baş tutmalıdır".

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.(trend)

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7235

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6089

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10832

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7317
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 19:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru