Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
10:23
Nyu Yorkda talan başlayıb

Etiraz aksiyası keçirən amerikalılar qaranlıq düşdükdən sonra Nyu York ştatının Manhetten bölgəsindəki butikləri qarət edirlər. Bu barədə RİA Novosti xəbər verir.

Qarətçilərin diqqətini idman malları mağazaları, məişət əşyaları və zərgərliklər dükanları cəlb edir. Ümumilikdə paytaxt sakinləri 10-dan çox mağazadan mal aparıblar.

Gecələr küçələrdə qalan kiçik nümayişçi qruplar saat 23:00-dan (Bakı vaxtı ilə 5.00) şəhərdə tətbiq olunan komendant saatı rejimini pozublar.

Bölgədəki iğtişaşları dayandırmaq üçün çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Çikaqoda isə bir qrup amerikalı qatarı ələ keçirib. Baş verənlərin videosu internetdə yayımlanıb. Görüntülərdə soyğunçulardan bəzilərinin avadanlıqları və digər malları qatardan çölə atdıqları, qalanları onun arxasınca qaçaraq əşyaları yığdıqları görünür.

İğtişaşlar və polis hücumları ilə başlayan etirazlar ABŞ-ın onlarla şəhərini əhatə edib. Səbəb isə Minneapolisdə (Minnesota) qaradərili gözətçi Corc Floydun kobud həbsdən sonra vəfat etməsidir.

Məqalədə : ABŞ etiraz aksiyasl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7235

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6089

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10837

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 19:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru