Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
13:01
Beynəlxalq axtarışda olan vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB) Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, aparılmış istintaqla Vasif Bağırovun “Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİHB-nin Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakininin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək “Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakini və Bank Respublika” ASC-nin ümumilikdə 37.100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranmışdır.

3 fevral 2018-ci il tarixdə “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir.

Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.

25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

Məqalədə : Vasif Bağırov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7255

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6104

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7649

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7599

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10857

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 20:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru