Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2020
12:42
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bu barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Sazişdə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. 

S. Seyidov bildirib ki, Saziş Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.

Müzakirələr zamanı bildirilib ki, viza məsələsinin aradan qaldırılması iki ölkə arasında turizmin inkişafına mühüm töhfə verəcək.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7651

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6444

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8057

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7934

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11527

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7682
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 20:13





  faktxeb[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru