Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2020
12:20
Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavə ediləcək

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni Qanun layihəsində Məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönələn yarımbəndin əlavə edilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihədə işəgötürənin əsas vəzifələri sırasına “əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi də yer alıb.

Bununla Məcəllənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq.

Məqalədə : Əmək Məcəlləsi əlillik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7255

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6104

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7649

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7599

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10857

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 20:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru