Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2020
12:11
Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxlaq hüquqi razılaşmadan irəli gəlir

Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxlaq hüquqi razılaşmadan irəli gəlir.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi qərarının çıxarılması təsadüfi xarakter daşımır və ona hazırlıq uzun illər əvvəl başlayıb:

“Faktiki olaraq Ramil Səfərovun məsələsinə dair Avropa Parlamentinin 13 sentyabr 2002-ci il və AŞPA-nın “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Konvensiyadan sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər haqqında 18 noyabr 2014-cü il tarixli qərəzli qətnamələri məhkəmənin bu işdə bir sıra cəhətlərə görə Avropa İnsan Hüquqları Müdafiəsi Sistemindən Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququndan kənara çıxan qərarının verilməsinə yaşıl işıq yandırıb”.

Deputat bildirib ki, Azərbaycan Avropa Konvensiyasına qoşulan zaman “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 19-cu maddəsinin tələblərinə uyğun olaraq 12-ci maddəyə dair qeyd-şərtlə çıxış edib:

“Həmin qeyd-şərtə əsasən, Azərbaycandan məhkum olunan şəxs barəsində verilən əfv və amnistiya qərarı Azərbaycanın müvafiq səlahiyyətli orqanları ilə razılaşdırılmalıdır. Konvensial maddə ilə belə bir qeyd-şərt Macarıstan tərəfindən edilməyib. Bununla bağlı tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycanın Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək 31 avqust 2012-ci il ildə cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxalq hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7255

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6099

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7649

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7599

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10857

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 20:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru