Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2020
14:03
“Azəriqaz”dan `sayğac` açıqlaması

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür: “Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər. Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir”.

“Azəriqaz” başqa bir məqama aydınlıq gətirərək qeyd edib ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.

Sayğacların yoxlanılması “Qazdan istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır.

Qeyd edək ki, 2020-ci ilin 4 ayı ərzində 60 minə yaxın dövri yoxlama müddəti çatmış sayğac əvəzlənib. Bu isə bu il üçün ümumi nəzərdə tutulan hədəfin 13%-ni təşkil edir.(report)

Məqalədə : “Azəriqaz” "sayğac" SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
235

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
251

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
281

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 03:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru