Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2020
11:06
İran səfiri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri kimi böyük İran xalqı və dövləti adından hazırda müqəddəs Ramazan bayramı günləri ilə eyni vaxta təsadüf edən, qarşıdan gələn Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə dost və qardaş ölkə olan Azərbaycan Respublikasının şərafətli xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan Azərbaycan Respublikasının davamlı inkişaf və tərəqqi əldə etməsini arzulayıram.

Şübhəsiz, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dil ortaqlığı ilə yanaşı, mövcud tarixi, dini və mədəni bağlar, iki qonşu ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün təsirli bir amildir.

Əminəm ki, ölkələrimizin yüksək səviyyəli rəsmilərinin mövcud dostluq əlaqələrinə və nümayiş etdirdikləri güclü iradəyə arxalanmaqla birgə səylərimiz nəticəsində iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və təhlükəsizlik üzrə münasibətlərin inkişafını parlaq gələcəyə doğru apara biləcəyik.

Bütün dünyadan və xüsusən də Azərbaycan Respublikasından korona xəstəliyinin tezliklə yoxa çıxmasını arzulayaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin koronavirusla mübarizə aparmaq məqsədilə səxavətlə İran İslam Respublikasına göstərdiyi yardıma görə təşəkkür və minnətdarlığımı bildirir və bir daha Azərbaycan Respublikasının əziz xalqına və möhtərəm dövlət rəsmilərinə möhkəm cansağlığı və xoş günlər arzulayıram".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7896

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6684

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8319

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8184

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11992

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7933
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 13:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru