Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
17:47
Təhsil Şəbəkəsi “Virtual Məktəb”in müəllimlərini mobil internetlə təmin etdi

Ölkəmizin təhsil sahəsində ən iri korporativ intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyətə başladığı gündən təhsil sahəsinin inkişafı prosesinə töhfə verməkdə davam edir. Növbəti addım olaraq Azərbaycan Təhsil Şəbəkəsinin operatoru AzEduNet şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirdiyi “Virtual Məktəb” layihəsinə öz dəstəyini göstərib.

Belə ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar AzEduNet şirkətinin təşəbbüsü ilə “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 10 azn dəyərində 5GB mobil internet paketi yüklənib.

Bu addım Azərbaycan Təhsil Şəbəkəsinin ölkəmizin təhsil sektoruna verdiyi birinci töhfəsi deyil. Xatırladaq ki, 2019-cu ilin ortalarında korporativ sosial məsuliyyətin əsasında həyata keçmiş layihə çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti vasitəsilə Azərbaycanın ucqar kəndlərində şagird sayı 60-a qədər olan 700-dək ümumtəhsil müəssisəsində internet və şəbəkə xidmətlərinə limitsiz çıxışı təmin edilmişdir.

Müasir təhsil ideyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, hazırda şəbəkə genişlənərək 4000-nə yaxın təhsil müəssisəsini əhatə edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42585

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40960

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42497

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41999

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47517

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41954

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 22:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru