Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
13:43
30 nömrəli müntəzəm marşrut xətti “BakuBus”a verildi

“Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” metrostansiyası - Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. 

İstehsalat bazası olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. 

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub.

Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub. 

Sabahdan etibarən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Qeyd edilib ki, keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
190

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
151

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
377

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
321

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
265

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 14:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru