Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
12:30
Təhsil Nazirliyi: Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov şagirdlər üçün yay tapşırıqlarının verilməsi, həmçinin yay məktəbinin təşkilinin nəzərdə tutulmadığını bildirib.

Onun sözlərinə görə, tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün yay məktəbinin təşkil edilməsi ilə bağlı heç bir qərar verilməyib:

”Çünki bizdən asılı olmayan məsələlər də var. Hələ bilmirik ki, yayda epidemioloji vəziyyət necə olacaq. Çalışırıq ki, verdiyimiz bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğunlaşdıraq”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir.

Məqalədə : tədris təhsil tətil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
218

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
305

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru