Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
09:38
ABŞ-da bir ailə yolun ortasında 1 milyon dollar tapdı

ABŞ-ın Virciniya ştatında bir ailə 1 milyon dollar pulu polisə təhvil verib.

Yerli KİV-lərin məlumatına görə, Şantz ailəsi qarşısındakı maşınla toqquşmamaq üçün qəfil sükuanı çevirib və yolun ortasında zibil torbası kimi görünən şeyi tapdalayıb.

Torbanı yolun ortasından götürüb atmaq üçün maşından çıxan ailə üzvləri yolun kənarında da oxşar torbanın olduğunu görüb, hər ikisini götürərək maşının arxasına atıblar.

Axşam evə çatanda torbaları atmaq üçün götürən ailə üzvləri torbada kiçik plastik paketlərin olduğunu görürlər.

Torbaları açıb içəriyə baxan ailə üzvləri təxminən 1 milyon dollar pulun olduğunu görürlər.

Ana Emili Şantz dərhal pulu təhvil vermək üçün polislə əlaqə saxlayır.

Torbaları alan Karolin Polis İdarəsinin əməkdaşı Skott Moser, Şantz ailəsi ilə qürur duyduqlarını ifadə edərək, "bu ailənin pulu geri qaytarması onların şəxsiyyətlərini göstərir. Əminəm ki, bu qərarı vermək asan deyildi. Amma doğru addım atıblar", - deyə bildirib.

Moser pul torbalarının banka aparılması üçün poçt xidmətinə verildiyini və bu əsnada itdiyini düşündüklərini söyləyərək, hadisəni araşdırdıqlarını bildirib.

Məqalədə : pul torbası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
80

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
256

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
611

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
270

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
312

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
308

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
566
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 09:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru