
Təhsil naziri Ceyhun Bayramov mayın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.
Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, nazir tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb.
Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.
Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.
Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.
Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.
Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun12-06-2020 12:50 "Son zəng"i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq"
05-06-2020 09:45 Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb
23-05-2020 11:25 Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA
23-05-2020 10:47 Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər
23-05-2020 10:12 Hazırlıqsız tələbələr iyun-iyul aylarındakı imtahanlarda iştirakdan imtina edə bi
11-03-2020 09:20 Müəllimlərin əməkhaqqısı ilə bağlı nazirdən AÇIQLAMA
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi