Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
17:28
Kolleclərə qəbul imtahanı bir mərhələdə aparılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanının davametmə müddəti 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.

Qeyd edək ki, əvvəlki illərdə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilirdi.

Məqalədə : kollec təhsil imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
690
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 16:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru