Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
16:03
`20 Yanvar` dairəsi ətrafında yenidənqurma işləri yekunlaşıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” metrostansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.

Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsası şəkildə təmir edilib. Təmir işləri zamanı asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılb, əks-dolğu işləri görülüb və yeni yol əsası inşa edilib və küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
61

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
200

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
166

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
409

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
326

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
275

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
277
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 14:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru