Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
14:31
Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyə olunacaq

Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq. 

Bunu Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib.

“İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - o bildirib.

Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın bir-iki saat ərzində sərhədi keçəcəkləri gözlənilir. 

Xatırladaq ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Sərhəd-keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.

Məlumat üçün bildirək ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır.(Report)

Məqalədə : azərbaycanlı Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14742

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13397

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14810

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14419

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14274

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 08:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru