Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
16:50
Millimizin sabiq futbolçusu: `Evlər tikib satırıq, kirayə veririk`

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Əliyev sevimli peşəsindən uzaq düşüb.

“Bakı”nın keçmiş kapitanı tikinti işləri ilə məşğul olur.

36 yaşlı müdafiəçi əməkdaşımızla söhbətində atası Füzuli Əliyevlə birlikdə ev tikintisi ilə məşğul olan şirkətlərinin olduğunu bildirib: “Ata-bala evlər tikirik, elə o vaxtdan tikinti ilə məşğulam. Şirkət də demək olar. Ərazilərimiz var, evlər tikib satırıq, kirayə veririk”.

Əliyev buna baxmayaraq, yenidən futbol sektorunda çalışmaq arzusunda olduğunu söyləyib: “İstərdim ki, futbola qayıdım, sevimli peşəmlə məşğul olum. Amma görürəm ki, bu sahədə bizə yer yoxdur”.

Qeyd edək ki, 2007-2008-ci illərdə Azərbaycan millisinə çağırılan Elvin Əliyev əsasən “Bakı”dakı (2008-2015) çıxışı ilə tanınıb.(Apasport)

Məqalədə : sabiq futbolçu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 16:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru