Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
14:30
Yeni Zelandiyada məktəblər yenidən açıldı

Sərt karantin rejiminin yeni növ koronavirus xəstəliyinin yayılmasının qarşısnı aldığı bildirilən Yeni Zelandiyada məktəblər yenidən açılıb.

Yeni Zelandiya radiosunun verdiyi məlumata görə, 24 martdan bəri epidemiya mərhələsindəki qadağalar və məhdudiyyətlər səbəbiylə məktəblərindən uzaqlaşan təxminən 800 min şagird qadağaların yüngülləşdirilməsi ilə yenidən məktəbə qayıdıb.

Sosial məsafə qaydaları səbəbindən məhdud sayda sərnişin qəbul edən ictimai nəqliyyatdan istifadə edə bilməyən şagirdlərə məktəblər tərəfindən avtobuslar ayrılıb.

Məktəbin ilk günündə mikroavtobuslar vasitəsi ilə çoxlu sayda şagird daşınmasına baxmayaraq, bunun davamlı bir seçim olmadığını bildirən Aukland Makleans Kollecinin direktoru Steve Harqreaves valideynlərlə əlaqə quracaqlarını və vəziyyətin sonrakı günlərdə də davam edəcəyi təqdirdə alternativ tapacaqlarını söyləyib.

Həyatın normala qayıtmağa başladığı ölkədə son 24 saat ərzində 2 min 570 nəfərdən götürülən test nəticələri neqativ olub.

Ölkə daxilində cəmi 1499 yoluxma olsa da, 21 nəfər ölüb, 1433 nəfər sağalıb.

Virus yayılması riskinə qarşı ikinci səviyyəli tədbirlərin qüvvəyə mindiyi ölkədə məktəblər, müəssisələr, ticarət mərkəzləri, pərakəndə mağazalar və restoranlar yenidən açılıb.

Məqalədə : Yeni Zelandiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
256

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
252

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 02:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru