Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
12:28
İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarından sonra bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına başlanılıb.

Bununla belə xüsusi karantin rejimi müddətində ölkə üzrə bir çox məhdudiyyətlər hələ də qüvvədə qalır.

Bunların arasında idman və fitnes zalları ilə bağlı qadağanın hələ də qüvvədə saxlanılması da var. Yerli əhali iki aydan çox müddətdir fərdi və qrup halında idmanla məşğul ola bilmədiyi üçün artıq kilo almağa da başlayıb. Mövcud vəziyyətdə idman kompleksləri, zallar və fitnes mərkəzlərinin nə vaxt açılacağı ilə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik.

Deputat açıqlamasında bildirdi ki, yaxın günlərdə idman zallarını açmaq məqsədəuyğun olardı: "Bu məsələdə Operativ Qərargahın yanaşması fərqlidir. Onların informasiyası daha çoxdur. Biz bu məsələdə müxtəlif təkliflər verə bilərik. Lakin real təhlükələr nəzərə alınmalıdır.

Amma istənilən halda idman və fitnes zallarının açılması mümkündür. Fərdi qaydada idmanla məşğul olmağın heç bir problemi ola bilməz. Digər tərəfdən təmas oyunlarında isə müəyyən qaydalar tətbiq oluna bilər. Mən özüm də etiraf edim ki, bu məsələdə əziyyət çəkirəm. Artıq iki aydır ki, futbol oynaya bilmirəm. Bu insanlara böyük bir sıxıntı verir. Həmçinin artıq çəki problemi də yaranır.

Hesab edirəm ki, Operativ Qərargah tərəfindən idman zallarının bərpa edilməsinin yolları mütləq şəkildə hazırlanmalıdır. Hər bir halda axşam istisna olmaqla, digər vaxtlarda fitnes və idman zallarının açılması məqsədəuyğun olardı".(Baku.ws)

Məqalədə : fitness 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bahalaşıb

16

Aprel
11:31
İQTİSADİYYAT
105

Ramazan ayı özünü qaydaya salmaq ayıdır

16

Aprel
11:20
MƏNƏVİYYAT
105

DYP-dən sürücülərə MÜRACİƏT

16

Aprel
11:13
ÖLKƏ
405

Xalq artisti Eldar Quliyev vəfat edib

16

Aprel
10:59
ÖLKƏ
300

Neft yenidən bahalaşıb

16

Aprel
09:45
İQTİSADİYYAT
247

İsrail Qəzzanı bombaladı - VİDEO

16

Aprel
09:35
DÜNYA
285

AMB-nin valyuta məzənnələri

16

Aprel
09:23
İQTİSADİYYAT
225

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
321

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
482

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
421
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-04-2021 12:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru