Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2020
16:38
İranda məscidlərdə bayram namazının qılınmasına icazə verilib

“İranda universitetlər iyun ayının 6-dan açılacaq”. 

Bunu İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə qərargahın iclasında çıxışı zamanı deyib.  

O bildirib ki, Ramazan ayından sonra ölkədə fəaliyyət göstərən kafe və restoranlar xüsusi protokola əsasən fəaliyyətini bərpa edəcək. 

İran Prezidenti ali məktəblərə qəbul imtahanlarının da xüsusi protokol əsasında keçiriləcəyini vurğulayıb.

H. Ruhaninin sözlərinə görə, Ramazan ayından sonra İmam Rzanın ziyarətgahı və ölkədəki digər ziyarətgahlar məhdud şəkildə zəvvarların üzünə açılacaq. O qeyd edib ki, ziyarətgahların həyətləri səhər və axşam 3 saat olmaqla zəvvarlar üçün açıq olacaq.  

İclasda Ramazan bayramı namazının qılınması ilə bağlı da qərar qəbul edilib. Belə ki, məscidlərdə bayram namazının məhdud şəkildə qılınmasına icazə verilib.

Eyni zamanda, idman yarışlarının, o cümlədən futbol matçlarının azarkeşsiz keçirilməsinə də icazə verilib.(APA)

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
256

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
252

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 02:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru