
AİP böyük İslam şəxsiyyəti, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan birinci imamımız Həzrət Əlinin (ə) mövludu münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib. Təbrikldə deyilir:
“İslam tarixinin böyük şəxsiyyəti, birinci imamımız Həzrət Əli ibn Əbu Talibin (ə) mövlud günüdür. Bu əziz gün, İslam dünyası üçün olduqca dəyərli tarix, şəxsiyyətlərin yetişməsində canlı nümunə, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan Həzrət Əlinin (ə) mövlud günü münasibətilə ilk növbədə zəmanəmizin İmamını(ə.f) və xalqımızı, dünyanın tərəqqipərvər müsəlmanlarını, xüsusən O Həzrətin elminin aşiqlərini ürəkdən təbrik edir, bu parlaq və tükənməyən nur çırağından qəlblərinizə hərarət, iman yolunuzda uğur diləyirik.
Həzrət Əli(ə) elə bir tarixi və əbədiyaşar, həyatı, elmi ilə bəşəriyyətə öndər və örnək olan, daim öyrədən və öyrənilən şəxsiyyətdir ki, onun həyatını, elmini və təfəkkürünü, İslam dininin yaşamasında və intişarında rolunu sözlə ifadə etmək mümkün deyil. Həzrət Peyğəmbərdən(s.ə) sonra İslam dininin danışan dili və parlayan aynası oldu O Həzrət. Əbəs yerə əziz Peyğəmbərimiz(s.ə) O Həzrəti elmin qapısı adlandırmır. 14 əsr əvvəl, rəcəb ayının 13-də Allah evi- Kəbədə dünyaya göz açan Əli(ə) həyatı boyu bütün elmini və gücünü Allah təaladan almışdır.
Həzrət Əli(ə) dünyagörüşü, elmi və fəlsəfəsi, həyat tərzi, ictimai münasibətləri və siyasi baxışları bu gün də aktual, hər kəs üçün örnək sayılacaq mənəvi bazadır. İnsanlıq məktəbi olan Həzrət Əlinin (ə) həyatı bütün cəmiyyətlər üçün məktəb, haqqın və ədalətin ideal bələdçisidir.
Bütün müsəlman dünyasında olduğu kimi ölkəmizdə də ictimai təfəkkürün inkişafı, din, vətən, torpaq təəssübkeşliyi duyğu və düşüncəsinin real həyatda təzahürü üçün İslam müqəddəslərinin nümunəsinin öyrənilməsi bu gün mühüm amillərdəndir. Azərbaycan İslam Partiyası hər kəsin həyatında özü, ailəsi, xalqı və ümumən bəşəriyyət üçün aktual olan Həzrət Əliyə (ə) məxsus nümunəvi dəyərlərin qorunmasını və tətbiqini, və hər bir müsəlmanın bundan bəhrələnməyini arzulayır.
Bir daha hər birinizi bu müqəddəs mövlud günü münasibətilə təbrik edir, dəyərli ömrünüzə bərəkət, gələcək xeyirli bayramlar diləyirik.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür