Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2020
15:15
ABŞ-la sülh bağlayıb öz xalqına qənim kəsilən `Taliban` qətliam törətdi

Əfqanıstanda "Taliban" terror hərəkatı ölkənin paytaxtı Kabildə keçirilən anım mərasiminə gələnlərə hücum edib və onlarla insanın ölümünə səbəb olub. Bu barədə "Reuters" xəbər verir.

Sovet İttifaqının Əfqanıstana hücumu zamanı mübarizə aparan silahlı dəstələrin lideri Əbdül Əli Məzərinin xatirəsinə həsr olunmuş tədbir ölkənin hazırkı Baş naziri Abdullah Abdullahın iştirakı ilə keçirilirmiş. Ali Sülh Şurasının rəhbəri Məhəmməd Kərim Xəlilinin çıxışı zamanı atışma səsləri eşidilib, nəticədə 23 nəfər ölüb, daha 33 nəfər yaralanıb.

Fevralın 29-da Qətərin Doha şəhərində keçirilən toplantıda ABŞ və "Taliban" arasında sülh sazişi imzalanıb. Müqaviləni ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, hərəkatın Qətər siyasi bürosunun rəhbəri Molla Abdullah Qani Baradar imzalayıblar. ABŞ ilə barışan terrorçular martın 2-dən hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların bərpa olunduğunu elan ediblər.

"Taliban" 1994-cü ildə Əfqanıstanda vətəndaş müharibəsinin qızğın vaxtında qurulub. 1996-2001-ci illərdə ölkədə "Taliban" hakimiyyətdə olub və 2001-ci ildə devrildikdən sonra Əfqanıstan və Pakistanda hökumət və NATO qüvvələri ilə partizan müharibəsinə başlayıblar. 

Məqalədə : Taliban 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8391

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7159

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8794

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8654

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12867

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 03:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru