
Ölkə dindarlarının çoxsaylı müraciətlərini, bölgə qazıları və səlahiyyətli nümayəndələrimizin təkliflərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib.
QMİ-dən FaktXəbər-ə verilən məlumata görə, müraciət mətnində deyilir:
"Son zamanlarda dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb. Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir.
QMİ bu müvəqqəti çətinlik dönəmində bərayi-ehtiyatən dindarlarımıza tövsiyə edir ki, həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət olunsun, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin. Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda, məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər.
QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir. İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidimioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük. Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir. Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar.
QMİ əmin olduğunu bildirir ki, dindarlarımız cəmiyyətimiz və ailələrimiz üçün təhlükəli olan məqamda təlaş və vəsvəsəyə qapılmadan tibbi-profilaktik tədbirlərə riayət edəcək, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar. Bu müvəqqəti çətinlik dövrümüzdə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq".

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
05-04-2021 11:40 QMİ əhaliyə Ramazan ayı ilə bağlı müraciət edib
02-04-2021 10:47 QMİ sədri Patriarx Varfolomeyi Qarabağdakı məscid və kilsələri birlikdə ziyarət et
29-03-2021 14:02 Ramazan ayı ilə bağlı fətva veriləcək
29-03-2021 11:40 Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMA
19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
- 12-04-2021 16:34 Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək
- 12-04-2021 10:35 Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb
- 12-04-2021 09:58 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı